Gündəm / Dünya
04 sentyabr 2024
0

Türkiyə kəşfiyyatı İraqda PKK-nın maşınını vurub, üç terrorçu öldürülüb


Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalındakı Süleymaniyyə bölgəsində yeni əməliyyat keçirib.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, Türkiyə kəşfiyyatının Süleymaniyyənin Dukan rayonunda Pilotsuz Uçuş Aparatları (PUA) ilə PKK-ya məxsus avtomobili vurması nəticəsində üç terrorçu öldürülüb.