Gündəm / Dünya
02 noyabr 2024
0
“Atəşgah məbədi” abidəsi ilə bağlı bu işlərə başlanıldı
“Atəşgah məbədi” abidəsinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün işlərə başlanılıb.
Bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.
Bu məqsədilə nominasiya sənədi hazırlanacaq.
Qeyd edək ki, hazırda “Atəşgah məbədi” UNESKO-nun müvvəqəti siyahısındadır. Ümumilikdə Azərbaycandan UNESKO-nun Ümumdünya İrs Siyahısında 5 obyekt, müvəqqəti siyahısında isə 10 obyekt var.
“Atəşgah məbədi” Abşeron yarımadasında, Suraxanı rayonunun, Suraxanı kəndi yaxınlığında yerləşir. Məbəd müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilib. "Alov evi" və ya "Alov yeri" anlamı verən bu məbəd XVII–XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilib.
Azərbaycan Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılıb, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib. Hər il muzeyi orta hesabla 145 min nəfər ziyarət edir.
1998-ci ildə Atəşgah UNESKO Ümumdünya irsi siyahısına salınmaq üçün namizəd siyahısına daxil edilib.
Daha çox xəbər:
Məktəblilər üçün şad xəbər: mayın 18-dək pulsuz olacaq
TəhsilPrezident və birinci xanıma Hadrutun turizm inkişaf konsepsiyası barədə məlumat verildi
Gündəm / SiyasətAzərbaycanın zorxana idman növü UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib
İdmanBu gün müəllimlərin peşə bayramıdır
Gündəm / Cəmiyyətİsrail Prezidenti və xanımı İçərişəhərdə
Gündəm / Siyasət