Gündəm / Hadisə
05 noyabr 2024
0
Kələntərov həbsdə qaldı
Müdafiə Nazirliyinin Quru Qoşunlarının İnspeksiya İdarəsinin rəisi polkovnik Saleh Kələntərovun oğlu Rəşid Kələntərovun cinayət işi üzrə ibtidai araşdırma davam edir.
İstintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror Kələntərovla bağlı məhkəməyə təqdimat verib. Təqdimatda ağır cinayət üzrə istintaqın davam etdiyi, bu səbəbdən daha bir neçə ayın gərəkli olduğu qeyd edilərək seçilmiş qətimkan tədbirinin uzadılması xahiş edilib.
Bakı Hərbi Məhkəməsi təqdimatı əsaslı hesab edib. Qərara əsasən, R.Kələntərovun həbsdə saxlama müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, N saylı hərbi hissənin zabiti işləmiş R.Kələntərov təkrar rüşvət almaqda və qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq etməkdə ittiham elan edilir.(Qafqazinfo)
Daha çox xəbər:
Naxçıvanın eks-maliyyə nazirinin həbs müddəti uzadıldı
Gündəm / DünyaNaxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi barədə - Yeni qərar
Gündəm / HadisəMüdafiə Nazirliyinin daha bir sabiq rəisi həbs olundu
Gündəm / Hadisəİcra şöbəsinin sabiq əməkdaşı 40 min manatdan çox pul mənimsəyib
Gündəm / HadisəAzərbaycanda daha bir yüksək rütbəli hərbçi həbs edildi
Hadisə