Gündəm / Dünya
05 noyabr 2024
0
İspaniyanın Baş naziri: Sel fəlakətindən sonra 2025-ci il üçün yeni bir büdcəyə ehtiyac duyuruq
İspaniyanın Baş naziri Pedro Sançes oktyabrın 29-da ölkənin şərq və cənub bölgələri, xüsusilə Valensiyada ciddi tələfata, yüzlərlə insanın ölümünə səbəb olan sel və daşqınların iqlim dəyişikliyi böhranı ilə əlaqədar olduğunu bildirib.
O, indiki şəraitdə siyasi müzakirələrdən uzaq qalacağını və prioritetin həyat xilas etmək olduğunu deyib.
“Sel fəlakətindən sonra 2025-ci il üçün yeni bir büdcəyə ehtiyac duyuruq”, - Baş nazir vurğulayıb.
Qeyd edək ki, oktyabrın 29-da başlamış leysan yağışlarından sonra baş verən daşqınlar nəticəsində ölənlərin sayı 218 nəfərə çatıb.
Daha çox xəbər:
Türkiyədə sel nəticəsində ölənlərin sayı 70-ə çatdı
Gündəm / DünyaTürkiyədə sel nəticəsində ölənlərin sayı artdı
Gündəm / Dünyaİspaniyada daşqın qurbanları üçün matəm elan edilib
Gündəm / DünyaŞəkidə sel fəsadlar törədib
CəmiyyətDaşkəsəndə təbii FƏLAKƏT: 4 maşını və 2 avtobusu sel apardı
Gündəm / Cəmiyyət