Gündəm / Dünya
04 noyabr 2024
0
Ərdoğan TDT-nin Zirvə toplantısında iştirak üçün Qırğızıstana yola düşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 11-ci Zirvə toplantısında iştirak etmək üçün Qırğızıstana yola düşüb.
"Report" bu barədə "TRT Haber"ə istinadən xəbər verir.
Prezidenti həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Kamal Memişoğlu, ticarət naziri Ömər Bolat, milli kəşfiyyat idarəsinin rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, AK Parti sədrinin müavini, Partiyanın sözçüsü Ömər Çelik və bəzi rəsmilər müşayiət edirlər.
Daha çox xəbər:
Türkiyədə yeni nazirlər and içdi - Video
Gündəm / CəmiyyətTürkiyə Təhlükəsizlik Şurasının iclası keçirildi - YENİLƏNİB
Gündəm / DünyaPartiyaların bütün tədbirləri təxirə salındı
Gündəm / DünyaTürkiyə və Macarıstan liderləri Qırğızıstana səfər edəcəklər
Gündəm / DünyaƏrdoğanın təyyarəsi Füzuli aeroportunda - Canlı
Gündəm / Siyasət