Gündəm / Cəmiyyət
06 noyabr 2024
1
Türk Dövlətləri Təşkilatının yeni BAYRAĞI
Türk Dövlətləri Təşkilatının (TDT) yeni bayrağı qəbul edilib.
Bu barədə Türk Dövlətləri Təşkilatının Bişkekdə keçirilən Dövlət Başçılarının 11-ci Zirvə görüşündə qərar qəbul olunub.
Türk xalqlarını birləşdirən ortaq tarixi və mədəni dəyərləri nəzərə alaraq və çoxşaxəli əməkdaşlığın, qarşılıqlı tərəqqinin, birlik və həmrəyliyin gücləndirilməsinə sadiqliyini təsdiq edərək, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının 22 avqust 2012-ci il tarixində Bişkekdə keçirilmiş iclasının Memorandumuna əsasən, Dövlət Başçıları Şurası aşağıdakılar barədə qərar qəbul edib:
1 və 2 nömrəli əlavələrdə göstərildiyi kimi, Türk Dövlətləri Təşkilatının bayrağı onun təsviri ilə birlikdə qəbul edilsin və bu Qərarın 1-ci bəndinə uyğun olaraq, digər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bayraqlarının rəng sxemlərinin Türk Dövlətləri Təşkilatının bayrağına uyğunlaşdırılmasına davam edilsin və bu təşkilatların yenilənmiş bayraqları qəbul edilsin.
Daha çox xəbər:
Türk dövlətlərinin liderləri Şuşada toplaşacaq
Gündəm / DünyaTürk Dövlətləri Təşkilatı liderləri 12 sənəd imzaladılar
Gündəm / SiyasətDövlət başçıları Ankara bəyannaməsini imzaladılar
Gündəm / Siyasət“Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini davam etdirəcək”
Gündəm / SiyasətTürkiyə və Macarıstan liderləri Qırğızıstana səfər edəcəklər
Gündəm / Dünya