Gündəm / Cəmiyyət
15 noyabr 2024
0
"Rosgidromet": COP29-un təşkilatçıları tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün çox səy göstəriblər
Bakıda COP29 iqlim dəyişikliyi konfransının təşkilatçıları tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün çox səy göstəriblər.
Bunu "NEWS.ru"ya "Rosgidromet"in rəhbəri, COP29-da Rusiya nümayəndə heyəti rəhbərinin müavini İqor Şumakov bildirib.
Onun sözlərinə görə, RF nümayəndələri forumda işləməkdən məmnundurlar və rahatlıq hiss edirlər.
"Hər şey əladır. Qəbul edən tərəf, Azərbaycandan olan həmkarlarımız belə miqyaslı forumu təşkil etmək üçün əllərindən gələni ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu forumda 70 min iştirakçı qeydiyyatdan keçib.
Forumun ilk günlərində 80-dən çox prezident və hökumət başçısı tədbirdə iştirak edib. Ona görə də təşkilatçılıq ən yüksək səviyyədədir və biz burada işləməkdən çox məmnunuq və rahatıq", - deyə həmsöhbət qeyd edib.
Daha çox xəbər:
Baş Prokuror BMT-nin Baş katibinin müavini ilə görüşüb
Gündəm / CəmiyyətPolşa Prezidenti Azərbaycana səfər edəcək
Gündəm / SiyasətCOP29-un 4-cü günü daşınan sərnişinlərin SAYI
Gündəm / CəmiyyətBu gün Azərbaycanda COP29-a start verilir
Gündəm / SiyasətCOP29-a görə Bakıdakı bəzi şadlıq saraylarında toyların keçirilməsi təxirə salınıb
Gündəm / Cəmiyyət