Gündəm / Cəmiyyət
15 noyabr 2024
0
Kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələr iqlim maliyyələşməsinin artırılmasını tələb edir
Kiçik Ada Dövlətləri Alyansı (AOSIS) və Ən Az İnkişaf Etmiş Ölkələr Qrupu (LDS) bu həssas kateqoriyalar üçün iqlim maliyyələşməsinin artırılmasını vacibliyi ilə bağlı qəti bəyanatla çıxış edib.
Bunu AOSIS və LDS nümayəndələri COP29 çərçivəsində keçirilən birgə mətbuat konfransında bildiriblər.
AOSIS-in sədri, Samoanın təbii sərvətlər naziri Sedrik Şuster vurğulayıb ki, Paris Sazişinə baxmayaraq, bir çox dövlətlər öz öhdəliklərindən imtina edir ki, bu da istiləşmənin 1,5°C həddində məhdudlaşdırılması üzrə qlobal hədəfə nail olunmasını təhlükə altına qoyur. O, həmçinin əlavə edib ki, AOSIS ölkələri üçün illik vəsait bölgüsü ən azı 39 milyard ABŞ dolları təşkil etməlidir.
LDS ölkələri adından çıxış edən Malavinin təbii sərvətlər və iqlim dəyişikliyi üzrə katibi doktor Yusuf Nkunqula da maliyyə həcminin artırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, bu dövlətlər üçün qrantların minimum məbləği ildə 220 milyard dollar təşkil etməlidir.
Daha çox xəbər:
Muxtar Babayev: "Çoxtərəfli inkişaf banklarını milli planlar üçün uyğunlaşma maliyyəsini artırmağa bir daha çağırırıq"
Gündəm / CəmiyyətHikmət Hacıyev: “COP29 Azərbaycan üçün həm çağırış, həm də fürsətdir”
Gündəm / SiyasətAzərbaycanda İqlim Maliyyəsi Fondu yaradılır
Gündəm / Cəmiyyətİlham Əliyev: İnkişaf etməkdə olan kiçik ada dövlətləri Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biridir
Gündəm / Siyasətİlham Əliyev: İnkişaf etməkdə olan kiçik ada dövlətləri Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biridir
Gündəm / Siyasət