Hadisə
27 fevral 2023
0

Dəm qazından boğulub ölən tələbənin meyitini rektorun müşaviri AŞKARLAYIB - TƏFƏRRÜAT (YENİLƏNİB)

Dəm qazından boğulub ölən tələbənin meyitini rektorun müşaviri AŞKARLAYIB - TƏFƏRRÜAT (YENİLƏNİB)


Mingəçevirdə tələbənin dəm qazından boğulub ölməsinin təfərrüatları məlum olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, 2003-cü il təvəllüdlü Vüsal Hüseynovun ailə üzvləri dünən Mingəçevir Dövlət Universiteti ilə əlaqə saxlayıblar. Onlar Vüsalın zənglərə cavab vermədiyini və itkin düşdüyünü bildiriblər. Məsələ ilə bağlı MDU-nun rektorunun müşaviri Ramin Məmmədova məlumat verilib. O, Vüsal Hüseynovun kirayə yaşadığı mənzilə gedib. R.Məmmədov qapını qıraraq evə daxil olub və tələbənin meyitini aşkarlayıb.

Qeyd edək ki, Vüsal Hüseynov Mingəçevir şəhərində taksi fəaliyyəti ilə də məşğul olurmuş.

Murad İbrahimli

***

Mingəçevirdə tələbə dəm qazından zəhərlənərək ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, bu gün saat 12 radələrində Mingəçevir şəhəri Sahil küçəsində yerləşən mənzilin vanna otağında 2003-cü il təvəllüdlü Qazax rayonunun İkinci Şıxlı kənd sakini Vüsal Hüseynovun meyiti aşkarlanıb.

Onun dəm qazından öldüyü ehtimal olunur. V.Hüseynov Mingəçevir Dövlət Universitetinin tələbəsi olub və həmin mənzildə kirayədə qalırmış.Polis və prokurorluq əməkdaşları, ekspert tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı araşdırma aparılır.
Belle
Hi there just wanted to give you a quick heads up.
The text in your article seem to be running off
the screen in Ie. I'm not sure if this is a format issue or something to
do with internet browser compatibility but
I thought I'd post to let you know. The design and
style look great though! Hope you get the issue fixed soon. Many thanks

Feel free to visit my site slot leci123