Hadisə
12 iyun 2023
0

Məscidin həyətində özünü doğradı


Zaqatalada 50 yaşlı kişi məscidin həyətində özünə xəsarət yetirib.

Hadisə rayonun Car kəndi ərazisindəki məscidin həyətində baş verib. Zaqatala şəhər sakini 1973-cü il təvəllüdlü Musa Xəlil oğlu Xəlilov kəsici alətlə özünün boyun nahiyəsinə xəsarət yetirib. M. Xəlilov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.