---
09 mart 2024
0

"X" TV-lər üçün "Youtube"un analoqunu işə salır


Amerikalı milyarder və sahibkar İlon Maska məxsus X yutub ilə rəqabət aparmaq üçün “Amazon” və “Samsung Smart” TV-lər üçün proqram təqdim edəcək.

Məlumata görə, təqdimat gələn həftəyə planlaşdırılıb, yeni platformanın interfeysi televizorlara quraşdırılmış yutub tətbiqi ilə eyni olacaq.

"Mask yutub ilə rəqabət aparmaqda qərarlıdır”, - deyə nəşrin həmsöhbəti bildirib.

Onun fikrincə, tətbiqin köməyi ilə Mask istifadəçiləri televiziya ekranlarında uzun videolara baxmağa inandırmaqla yeni reklamçıları cəlb etmək niyyətindədir.(Fortune)