---
23 sentyabr 2020
54
İranın Bakıdakı səfirliyi : PKK- terrorçularının İranın ərazisindən Qarabağa keçməsinə münasibət bildirdi
Milllitv.az Son vaxtlar Azərbaycan Respublikasının bəzi KİV-lərində kürd döyüşçülərinin İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə keçməsi barədə xəbərlər dərc olunub ki, doğrusu bu xəbərlərin doğruluğuna şübhə edilməlidir.Mövcud dəlillər bu cür xəbərlərin əsassız bir şayiə olduğunu göstərir:
İran İslam Respublikası və Türkiyə Respublikası Ali Əməkdaşlıq Şurasının altıncı iclası çərşənbə axşamı iki ölkə prezidentlərinin sədrliyi və Tehranın ev sahibliyi ilə video konfrans şəklində keçirildi. İki ölkə 9 sentyabr 2020-cı il tarixdə 19 bəndlik ortaq bir bəyanat yaymışdır ki, bu bəyanatın 8-ci bəndində deyilir:
1) "PKK / PJAK və bölgədəki bütün terror təşkilatları və cinayətkar dəstələrin İran və Türkiyənin təhlükəsizliyi üçün ortaq bir təhlükə olduğunu nəzərə alaraq, tərəflər hər iki ölkənin mövcud əməkdaşlıq mexanizmlərindən tam istifadə etməklə ümumi sərhədlər boyunca PKK elementlərinin və ya PJAK və digər terror təşkilatlarının və cinayətkar dəstələrin fəaliyyətlərinə qarşı, həmçinin terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı birgə əməliyyatlar da daxil olmaqla nəticəyə istiqamətlənmiş əməkdaşlıq üçün fəaliyyətlərinin əlaqələndirilməsinin vacibliyini vurğulayırlar"Bu səbəbdən, məlum olduğu kimi, İran PKK-nı bir terror qrupu olaraq tanımışdır və PKK ilə PJAK İran və Türkiyənin milli təhlükəsizliyi üçün ortaq bir təhdid olaraq qəbul olunur. Bu baxımdan bu qrup üzvləri ilə əməkdaşlıq və onların təlimi ilə bağlı şayiələr doğru ola bilməz.
2) İran İslam Respublikası terror qruplaşması olan PKK və PJAK ilə mübarizədə bir çox gəncini qurban verib və bu qrupla hər hansı bir əməkdaşlıq həqiqətən mənasız və əsassızdır.
3) İran İslam Respublikasının yüksək rütbəli rəsmiləri dəfələrlə dost və qardaş Azərbaycan Respublikasının düşmənlərinə canlı qüvvə, texnika / silah daxil olmaqla heç bir hərbi yardım göstərmədiklərini və bundan sonra da göstərməyəcəklərini bildiriblər.
Bu səbəbdən kürd döyüşçülərinin İran üzərindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə girişi barədə şayiələr əsassızdır. Bunun qarşılığında İran İslam Respublikası dəfələrlə Azərbaycan Respublikasına hərbi və silah yardımı göstərməyə hazır olduğunu bildirmişdir.
4) İran İslam Respublikasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib. İran İslam Respublikası, münaqişənin BMT qətnamələrinə və beynəlxalq hüquq qaydalarına uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində və bölgə ölkələrinin təşəbbüsü əsasında sülh yolu ilə həll olunmasını bir daha vurğulayır. İran İslam Respublikası Azərbaycanın işğal olunmuş ərazilərini geri almaq hüququnu tanıyır və dost və qardaş Azərbaycan Respublikası ölkəsini dəstəkləməyə hazır olduğunu dəfələrlə bildirmişdir.
5) Hamının bildiyi kimi, iki ölkə arasındakı münasibətlər indi yüksək səviyyədədir və iki ölkənin ali rəhbərlərinin iradəsi iki ölkə arasındakı münasibətləri tam inkişaf etdirməkdir. Buna görə də iki ölkə arasındakı yaxşı münasibətləri istəməyən qüvvələr bir daha bu yaxşı münasibətlərə hücum etməyə və əsassız şayiələr yaratmaqla Tehran-Bakı yaxınlığının qarşısını almağa çalışırlar. Ancaq Tehran və Bakı bu cür təxribatlara icazə verməyəcəklər.

Milliinfo.az
Daha çox xəbər:
İran üzərindən Ermənistana silah daşınması barədə yayılan məlumatlara səfirlik münasibət bildirdi
Gündəm / SiyasətAzərbaycan-İran Birgə Komissiyasının növbəti iclası yaxın vaxtda keçirilə bilər
İqtisadiyyat / DünyaAzərbaycan İran dostluğ əlaqələri günü - gündən genişlənir
Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosialİran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir.
Gündəm / Siyasət / Cəmiyyət / Dünyaİranın Bakıdakı Səfirliyinin Ramazan Bayramı Təbriki
Dünya