---
08 iyul 2021
28
“Koronavirusa yoluxanların bir doza vurdurması kifayətdir”
“6 ay əvvəl koronavirusa yoluxmuş şəxslərin hazırda bir doza vaksin vurdurması kifayətdir”.
Bu barədə APA-ya səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Nazir müavini bildirib ki, həmin şəxslərin ikinci doza peyvənd vurdurmasına ehtiyac duyulmur:
“Amma hər halda bu məsələyə yaxın günlərdə aydınlıq gətiriləcək”.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının qərarına əsasən, xəstəliyi keçirmiş və qeydiyyatda olan şəxslər sağaldıqdan 6 ay sonra COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “İmmunitet sertifikatı”nın müddəti 6 ay uzadılacaq.
Həmçinin peyvəndlənmiş vətəndaşlar ikinci dozanı aldıqları tarixdən 6 ay keçdikdən sonra müvafiq tibbi göstərişlərə uyğun olaraq COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “Vaksin sertifikatı”nın müddəti 6 ay uzadılacaq.
Daha çox xəbər:
“Koronavirusa yoluxanların bir doza vurdurması kifayətdir”
---Azərbaycanda vaksin sertifikatının müddəti 6 ay uzadıldı
Gündəm / CəmiyyətTƏBİB sədrindən 3-cü doza vaksinin tətbiqi ilə bağlı AÇIQLAMA
Gündəm / CəmiyyətAzərbaycan Qırğızıstana 40 min doza peyvənd göndərdi
Gündəm / SiyasətOperativ Qərargahdan yeni qərarlar - Rəsmi
Gündəm / Cəmiyyət