Gündəm / Siyasət
17 iyul 2021
26

Azərbaycan Qırğızıstana 40 min doza peyvənd göndərdi

Azərbaycan Qırğızıstana 40 min doza peyvənd göndərdi

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Qırğız Respublikasına humanitar yardım göndərilib.

Bu barədə Azərbaycanın Qırğızıstandakı səfirliyindən “Qafqazinfo”ya məlumat verilib.

İyulun 16-da 40 min doza “AstraZeneca” peyvəndini daşıyan təyyarə Qırğızıstanın “Manas” Beynəlxalq Hava Limanında eniş edib.

Yükü Azərbaycan tərəfdən Azərbaycanın Qırğızıstandakı səfirliyinin diplomatları, Qırğızıstan tərəfdən xarici işlər nazirinin müavini Əzizbek Madmarov, Səhiyyə və Sosial İnkişaf Nazirliyinin stats-katibi Japarkul Taşiyev və Respublika İmmunoprofilaktika Mərkəzinin direktoru Gülbara İşenapisova qəbul ediblər.