Siyasət
20 iyul 2020
53
Tacikistanın Xarici işlər nazirinin müavininə Ermənistanın son təxribatları haqqında məlumat verilib
Millinfo.az
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə törətdiyi təxribatçı əməllərin Tacikistanın rəsmi orqanlarının diqqətinə çatdırılması məqsədilə Azərbaycanın bu ölkədəki səfiri Həsən Məmmədzadə Tacikistan Xarici İşlər nazirinin birinci müavini Xusrav Noziri ilə görüşüb.
Görüşdə Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar haqqında Tacikistan tərəfinə ətraflı məlumat verilib və Ermənistanın sülh danışıqlarını pozmaq üçün növbəti dəfə təxribat törətdiyi bildirilib.
Nazir müavini Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Tacikistan tərəfinin narahatlığını diqqətə çatdırıb.
Görüşdə, həmçinin Azərbaycan-Tacikistan Hökümətlərarası Birgə Əməkdaşlıq Komissiyasının növbəti iclasına hazırlıq işləri, müxtəlif sahələrdə ikitərəfli münasibətlərin indiki vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Daha çox xəbər:
Azərbaycan Prezidentinin köməkçisi: "Beynəlxalq ictimaiyyəti Ermənistanın sərhəddə törətdiyi taxirbatı kəskin şəkildə qınamağa çağırırıq"
Gündəm / SiyasətAzərbaycanın yeni Xarici işlər naziri ilə İranın Xarici işlər naziri arasında telefon danışığı olub
CəmiyyətAzərbaycan Prezidentin köməkçisi canlı yayımda Ermənistan XİN başçısının yalanlarını ifşa etdi
SiyasətKiyevdə Azərbaycan Ordusuna dəstək aksiyası
Cəmiyyət / DünyaAzərbaycan-İran Birgə Komissiyasının növbəti iclası yaxın vaxtda keçirilə bilər
İqtisadiyyat / Dünya