---
21 dekabr 2021
34
“Mən məktəbdə oxuyanda da pul yığmaq halları var idi”
“Məktəblərdə hansısa yığımların olması qeyri-qanunidir. Bu, bu günün problemi deyil, mən məktəbdə oxuyanda da belə hallar var idi”.
Bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin ötən gün təhsil sahəsində imzaladığı sərəncamlarla bağlı keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, məktəbdə Müəllim-Valideyn Assosiasiyasını yaratmaq hüququ Azərbaycan qanunvericiliyində var: “Bir qisim valideynlərin bu prosesdə iştirakının lehinə ola bilər, bir qisim yox.
Bu assosiasiyanı Təhsil Nazirliyi yaratmayıb. Kiminsə uşağı buna görə dərsə gəlməməlidir deyə bir şey yoxdur. Valideynlərdən pul yığılırsa, bunun mexanizmi olmalıdır. Problem odur ki, bizdə hazırda bunun mexanizmi yoxdur. Bu qurum varsa, şəffaf olmalıdır, valideynin razılığı olmalıdır. Hazırda problemlər mexanizmlərin olmaması ilə əlaqədardır”.
Daha çox xəbər:
Nazir istilik problemləri olan məktəblərin sayını AÇIQLADI
Gündəm / ŞouTəhsil naziri məktəblərdəki istilik problemindən DANIŞDI
Gündəm / Cəmiyyət"Bu rayon təhsil şöbələrinin ləğvi anlamına gəlmir" - Emin Əmrullayev
Gündəm / Şouİstanbulda orta məktəbdə partlayış-Yaralı var
HadisəSiyavuş Novruzov: "Guya ABŞ-da problem yoxdur?"
Siyasət