Cəmiyyət
25 yanvar 2023
13
"Sosial şəbəkələri tənzimləyən qanunvericilik olmalıdır" - Deputat

"Sosial şəbəkələrdə insan hüquqlarının qorunması vacib məsələlərdən biridir. Bununla bağlı geniş müzakirələr aparılmalıdır".
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşiroğlu deyib.
O bildirib ki, sosial şəbəkələri tənzimləyən qanunvericilik olmalıdır:
“Yaxın gələcəkdə sosial şəbəkələrlə bağlı qanun layihəsi hazırlananda tənqidlər olmamalıdır. Bu istiqamətdə cəmiyyətin sifarişini müəyyən edən və sosial şəbəkələri tənzimləyən layihə hazırlanmalıdır. Çünki sosial şəbəkələr cəmiyyətimizin gələcəyinə böyük zərbə vurur. Sosial şəbəkələrdə azyaşlı uşaqlarla bağlı videolar adamı dəhşətə gətirir. Bu məsələləri ciddi şəkildə müzakirə etməliyik”.

Daha çox xəbər:

Azərbaycanda sosial şəbəkələrlə bağlı YENİ QANUN GƏLİR: BUNDAN SONRA....
Gündəm / Cəmiyyət
“Boşanmalara sosial şəbəkələr təsir edir”
Gündəm / Sosial
Karantin rejimi bir il müddətinə uzadıla bilərmi? - Sosial şəbəkələrdə yayılan xəbərlə bağlı AÇIQLAMA
Gündəm / Cəmiyyət / Sosial
“Sosial şəbəkələr ailə dəyərlərinə təhdid kimi qəbul edilir”
Gündəm / Sosial
Deputat Sahil Babayevi Parlamentə ÇAĞIRDI
Gündəm / Cəmiyyət