Gündəm / Sosial
22 dekabr 2021
70
“Sosial şəbəkələr ailə dəyərlərinə təhdid kimi qəbul edilir”
“Keçirilən sorğu nəticəsində ailələrin 64 faizi sosial şəbəkələri ailə dəyərlərinə təhdid kimi qəbul edir”.
Bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc "Azərbaycanda mövcud ailə münasibətləri" ilə bağlı keçirilən tədbirdə deyib.
O qeyd edib ki, dövləti qorumaq ailəni qorumaqla mümkündür: “Güclü dövlət güclü ailədən doğur”.
Qeyd edək ki, sorğu Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Qarabağ, Quba-Xaçmaz, Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə edib, 2400 respondentin iştirakı ilə aparılıb.
Ümumiyyətlə, respondentlər bir qayda olaraq qadınların ən gec halda 27 yaşa qədər evlənməli olduğunu düşünürlər. 55.9% kişi respondent onunla eyni millətdən olan qadının başqa millətlərin nümayəndəsindən olan kişi ilə nikah bağlamasına pis baxır. Oxşar mənzərə fərqli dinlərdən olan şəxslərin nikahına dair də müşahidə edilib.Əhalinin olduqca az hissəsi (5%-dən az) abort və selektiv aborta müsbət baxır. Uşağın cinsinə görə selektiv abort olunmasına mütləq əksəriyyət (90%) mənfi baxır, bu məsələdə heç bir göstərici üzrə qruplararası fərq müşahidə edilməyib.

Daha çox xəbər:

Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü - İlham Əliyevdən FƏRMAN
Gündəm / Cəmiyyət
Ali məktəblərə qəbul proqramına dəyişiklik edildi
Gündəm / Cəmiyyət
Azərbaycanın bu bölgəsi yoluxmaya görə birincidir - SON DƏQİQƏ
Səhiyyə
Azərbaycanda respondentlərin 69%-i Aİ ilə münasibətləri yaxşı qiymətləndirir - SORĞU
Siyasət / Dünya
"Kişilər ev işləri görən xanımlarına pul ödəməlidir" - Deputat
Gündəm / Cəmiyyət