Cəmiyyət / Hadisə
20 aprel 2020
38

Gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb

Milliinfo.az

Gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb



 Gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb


Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumata əsasən, Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi “Volvo FH 12 380” markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, sağ oturacağın önündə olan və sürücünün “ərzaq məhsulları” kimi bəyan etdiyi 1 ədəd qutuda - 24 konvalyut olmaqla cəmi 240 ədəd “Midantan amantadin 100 mq”, 40 konvalyut olmaqla cəmi 400 ədəd “Dobrokam Bromkamfora 250 mq”, 199 konvalyut olmaqla cəmi 398 ədəd “Dekaris 50 mq”, 250 ədəd plastik qabda olmaqla cəmi 25 min ədəd “İzoniazid 300 mq” markalı dərman preparatı aşkarlanıb.