Cəmiyyət / Sosial
22 aprel 2020
30

Gələn həftədən parklar və iaşə obyektləri açıla bilərmi? - AÇIQLAMA

Milliinfo.az

Gələn həftədən parklar və iaşə obyektləri açıla bilərmi? - AÇIQLAMA


Gələn həftədən parklar və iaşə obyektləri açıla bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycanda koronavirusa görə elan edilən karantin rejim mayın 4-nə kimi uzadılıb. Bu həftə ərzində karantin rejimin mərhələli şəkildə yumaşldılması ilə bağlı Operativ Qərərgah öz təkliflərini hazırlayacaq. Karantin rejim yumşaldırlarsa gələn həftədən başlayaraq parkların, iaşə obyektlərin və restoranların fəaliyyəti bərpa oluna bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat İlham Məmmədov bildirib ki, biz hər gün yoluxma statistikasına baxırıq: "Sevindirici birinci hal odur ki, sağalanların sayı yoluxanlardan daha çoxdur. Sağalma sürətlə gedir. Bu ölkədə sanitar epidemioloji qaydalara uyğun olaraq ölkədə elan olunmuş karantin rejimin müsbət göstəriciləridir. Ancaq biz karantin rejiminə necə daxil olmuşduqsa, o cür də mərhələli şəkildə çıxmalıyıq. Onun üçün də bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah bu halları təhlil edir. Daha çox az sosiallaşması olan məkanların ilkin olaraq açılması nəzərdə tutulacaq. Real sektorun elə sahələri var ki, orada insanların təması və sosiallaşma daha az olur. Bildiyiniz kimi iaçə obyektləri, parklarda sanitar epidemioloji qaydaları gözləmək istənilən dərəcədə mümkün deyil. Sağalma ilə bağlı statistik rəqəmlər koronavirusun sona çatması demək deyil. Ümum Dünya Səhiyyə Təşkilatı bir çox ölkələrə tövsiyyə edir ki, karantin rejimini gücləndirin. Hansı ki, həmin ölkələr karantin rejimə laqeyd yanaşıb. Odur ki, Operativ Qərargah özü də elan edib ki, insanların az sosiallaşması olan yerlərin ilkin olaraq fəaliyyəti bərpa oluna bilər. İlk növbədə kənd təsərrüfatı, dərzilər, məşiət cihazlarının təmiri və insan həyatında lazım olan digər sahələrin fəaliyyətə başlaması iqtisadiyyatın yenidən canlanması üçün stimul olacaq. İctimai yerlər, parklar, gəzinti yerləri birdən-birə açıla bilməz. Əgər bu yerlər birdən-birə açılsa, xoşa gəlməyən hallar yaşana bilər. İnsanlar "mənə heç nə olmaz "deyib çölə çıxa bilər.Nəzərə almalıyıq ki, virus daşıyıcıları az simptomla bu xəstəliyi keçirən insanlar var. Ola bilsin ki, o insanlar hələ aşkarlanmayıb. Bu virus barəsində dəqiq məlumat yoxdur. Virusun özünü necə aparması tədqiq edilir. Təkrarən bu virusun təkrar yoluxma riski neçə faizdir. Hesab edirəm ki, Oprativ Qərargah karantin rejimdən mərhələli şəkildə çıxışı təhlil edəcək. Məsləhət görərdim ki, səbrlə Operativ Qərargahın qərarlarını gözləyək. Bu günün qəhrəmanı olan həkimlər artıq bir aydan çoxdur ki, evlərinə getmir. Onlar xəstələrin yanında olaraq, onların sağalması üçün çalışırlar. Biz əlavə yükü onların çiyinlərinə qoysaq, əldə edilən nailiyyətləri, ən önəmlisi isə ölkə başçımız cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu müddət ərzində gördükləri tədbirləri heçə endirə bilər. Ona görə də hesab edirəm ki, mərhələli şəkildə, az sosiallaşan obyektlərin açılması daya yerinə düşər. Mayın 4-nə kimi olan zaman da bizim xeyirimizədir. İnsanlarımızın bir az da səbirli olmasını məsləhət görərdim.

Depuatat Bəhruz Məhərrəmov qeyd edib ki, bu Operativ Qərargahın səlahiyyətində olan məsələdir: "Amma ümumiyyətlə dünyada tendesiya ondan ibarətdir ki, açıqlacaq obyektlər və yumşalma sırf iaşə obyeklərinə şamil edilməməlidir. Təbii ki, biz də bütün bunlar Operativ Qərargahın qərarından asılı olacaq. Burada iqtisadiyyatın xırda sahibkarlarlığın daha çiox faydalana biləcəyi və insanların toplu şəkildə toplaşmayacağı obyektlərin açıla bilər".

Deputat Aydın Mirzəzadə vurğulayıb ki, hər şey koronavirusun gedişatından asılıdır: "Yəni yoluxan insanların sayı əsas rol oynayır. Düşünürəm ki, təkliflər elə formada olcaq ki, qısa karantin rejim bitsin. Bununla belə koronavirusun yoluxma təhlükəsi olarsa, yumşalma daha az və ya müəyyən müddətə qədər heç olmaya bilər".