Cəmiyyət / Sosial
22 aprel 2020
287

Diqqət! Ərzaq yardımı almaq üçün online qeydiyyat başlayıb

Milliinfo.az Diqqət! Ərzaq yardımı almaq üçün online qeydiyyat başlayıb
 Diqqət! Ərzaq yardımı almaq üçün online qeydiyyat başlayıb
Heydər Əliyev Fondunun xətti ilə aztəminatlı ailələrə yardım üçün daha bir resurs istifadəyə verilib.

Azərbaycan 24 xəbər verir ki, bizbirlikdegucluyuk.az saytında yardıma ehtiyacı olanlar online qeydiyyata yazıla bilərlər. Bunun üçün saytda (daxil ol-yardım alan) bölməsinə https://portal.bizbirlikdegucluyuk.az/qeydiyyat keçib aşağıdakı qaydada qeydiyyatdan keçirsiz:

Yardım almaq istəyən şəxs (Yardım alan) və ya onu təmsil edən Əlaqələndirici şəxs “Daxil ol” menyusu vasitəsilə qeydiyyatdan keçir. Qeydiyyat FİN və mobil telefon nömrəsi vasitəsilə həyata keçirilir. Əgər qeydiyyat Əlaqələndirici şəxs vasitəsilə həyata keçirilirsə, onun da mobil telefon və FİN nömrəsi daxil edilir.

Sistemə daxil olduqdan sonra Yardım alan və onun ailə üzvləri haqqında aşağıdakı məlumatlar daxil edirilir:

1. Şəxsiyyət vəsiqəsinin FİN kodu, Seriyası və №-si;
2. Soyadı, adı və atasının adı;
3. Qeydiyyatda olduğu ünvan;
4. Faktiki yaşadığı ünvan (Yaşayış və qeydiyyat ünvanları fərqli olarsa);
5. Mobil telefon nömrəsi;
6. Doğum tarixi;
7. İş yeri (işlədiyi təqdirdə):
VÖEN-i,
İş yerinin adı;
8. Ailə üzvlərinin sayı