Cəmiyyət
27 aprel 2020
58

Sabah bəzi bölgələrdə intensiv yağış yağacaq, dolu düşəcək

Milliinfo.azSabah bəzi bölgələrdə intensiv yağış yağacaq, dolu düşəcək

Sabah bəzi bölgələrdə intensiv yağış yağacaq, dolu düşəcək


Ölkə ərazisində aprelin 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər duman olacaq, cənub-qərb küləyi əsəcək, arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14°, gündüz 15-18° isti, Bakıda gecə 12-14°, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Aprelin 28-də Azərbaycanın rayonlarının bəzi yerlərində gün ərzində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 20-25° isti, dağlarda gecə 2-7°, gündüz 7-12° isti olacağı ehtimal edilir.