Cəmiyyət / Sosial
30 aprel 2020
30
Avtomobilləri olan 19 200 şəxsə 190 manat verilməsindən imtina edilib
Milliinfo.az
Birdəfəlik ödəmə (190 manat) proqramı işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, bu ödəməni almaq üçün edilmiş müraciətlərin e-sistem tərəfindən emalı zamanı Daxili İşlər Nazirliyinin müvafiq informasiya bazasından əldə edilmiş məlumatlar əsasında onlardan 19 min 200 şəxsin adında 2 və daha çox avtomobil olduğu müəyyən olunub:
"Həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib.
Birdəfəlik ödəmə almaq üçün edilən bütün müraciətlərə müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında baxılaraq, nəticəsinə əsasən obyektiv qərar verilir.
Birdəfəlik ödəmələr ünvanlılıq prinsipi əsasında, aztəminatlılıq meyarlarına uyğun gələn şəxslərə təyin olunur.
Hazırda da müraciətlərə baxılması prosesi davam edir".

Daha çox xəbər:
Milliinfo.az Azərbaycanda 20 min şəxsə birdəfəlik ödəniş edilməsindən imtina olundu
Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial200 min nəfərə də birdəfəlik ödəniş ediləcək
İqtisadiyyat / Sosial287 min şəxsə birdəfəlik şəkildə 190 manat ödəmə veriləcək 287 min şəxsə birdəfəlik şəkildə 190 manat ödəmə veriləcək
TəhsilDaha 100 min nəfər üçün birdəfəlik ödəniş köçürüldü
Cəmiyyət / SosialGələn aydan 190 manatı belə alacaqsız – Ödəmə qaydası dəyişir
İqtisadiyyat / Sosial