Cəmiyyət
08 avqust 2023
1
Çingiz Aytmatovun abidəsini hazırlayacaq heykəltəraş məlum olub
Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən heykəltəraşlıq müsabiqəsinin qalibləri müəyyənləşib.
Bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, müsabiqədə ölkəmizin heykəltəraşları tərəfindən 21 əsər təqdim olunub.
Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib.
Qaliblərin siyahısı təqdim olunur:
1-ci yer
Natiq Əliyev
2-ci yer
Nurəli Şahbazov
3-cü yer
İlqar Ağaşov
Daha çox xəbər:
ÖLKƏ Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub
MədəniyyətSiyavuş Aslanın oğlunun dəfn yeri məlum oldu - YENİLƏNİB
Gündəm / MədəniyyətÇingiz Mustafayev və Sergey Lazarevin Təl-Əviv MACƏRALARI - VİDEO
ŞouAzərbaycanda yeni regional mədəniyyət idarələri yaradıldı - SƏRƏNCAM
Gündəm / SiyasətNazirliyin vəzifəli şəxsləri işdən ÇIXARILDI
Mədəniyyət