Cəmiyyət / Sosial
01 may 2020
40
Mayda temperatur 33 dərəcəyə qədər qalxacaq
Milliinfo.az
May ayına olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 19-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Gecələr temperatur 10-15, bəzi günlərdə 17-20 dərəcə isti təşkil edəcək. Gündüzlər temperaturun 19-24, bəzi günlərdə 27-29 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 18-21 mm) olacaq.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 16-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperaturun 9-14, gündüzlər 20-25, bəzi günlərdə 28-32 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 33-62 mm) olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 13-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 5-10, gündüzlər 10-15, bəzi günlərdə 19-24 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 68-122 mm) gözlənilir.