Cəmiyyət / Səhiyyə
01 may 2020
29

Azərbaycanda daha 50 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər vəfat edib

Milliinfo.az

Azərbaycanda daha 50 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər vəfat edib



Azərbaycanda daha 50 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər vəfat edibAzərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, arterial hipertenziya və ürəyin işemik xəstəliyi olan 1957-ci il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 1854 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1365 nəfər müalicə olunaraq sağalmış, 25 nəfər vəfat etmiş, 464 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 146.630 test aparılıb.