Cəmiyyət / Sosial
13 may 2020
50
DİN-dən əhaliyə XƏBƏRDARLIQ
Milliinfo.az
Qeyd edək ki, polis əməkdaşları metropolitenə qaydalara məhəl qoymadan daxil olmaq istəyən şəxslərə əvvəlcə xəbərdarlıq edərək onlara stansiyaların girişində satışı təşkil edilən tibbi maskalardan almağı tövsiyyə edirlər. Bu tələbə də riayət etməyən şəxslər isə inzibati məsiuliyyətə cəlb olunurlar.
Daxili İşlər Nazirliyi sərnişinlərin diqqətinə bir daha çatdırır ki, müvafiq metodiki göstərişlərə, o cümlədən tibbi maskanın taxılması barədə qaydaya əməl edilməlidir. Əks təqdirdə qaydanı pozan sərnişinlər barədə ciddi inzibati cəza tədbiri tətbiq olunacaq.
DİN-dən əhaliyə XƏBƏRDARLIQ
Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən mayın 9-undan etibarən sərnişindaşıma fəaliyyəti bərpa olunan Bakı Metropolitenində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Bakı Metropolitenində Polis Şöbəsinin şəxsi heyəti, həmçinin əlavə olaraq stansiyaların giriş-çıxışlarında xidmətə cəlb edilən polis və Daxili Qoşunların hərbi qulluqçuları metroya daxil olan sərnişinlərlə izahedici söhbətlər apararaq, onlardan mövcud qaydalara əməl etməyi tələb edirlər. Bu qaydalara görə, sərnişinlər “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”in tələblərinə əməl etməli, o cümlədən stansiyalara daxil olan zaman tibbi maska taxmalıdırlar.
Qeyd edək ki, polis əməkdaşları metropolitenə qaydalara məhəl qoymadan daxil olmaq istəyən şəxslərə əvvəlcə xəbərdarlıq edərək onlara stansiyaların girişində satışı təşkil edilən tibbi maskalardan almağı tövsiyyə edirlər. Bu tələbə də riayət etməyən şəxslər isə inzibati məsiuliyyətə cəlb olunurlar.
Daxili İşlər Nazirliyi sərnişinlərin diqqətinə bir daha çatdırır ki, müvafiq metodiki göstərişlərə, o cümlədən tibbi maskanın taxılması barədə qaydaya əməl edilməlidir. Əks təqdirdə qaydanı pozan sərnişinlər barədə ciddi inzibati cəza tədbiri tətbiq olunacaq.

Daha çox xəbər:

Xaçmaz və Siyəzən polisi gücləndirilmiş iş rejimində çalışır
Gündəm
Sərt karantin rejimi bu tarixədək uzadıldı - RƏSMİ
Gündəm
Azərbaycanda 53 nəfərin koronavirusa yoluxduğu küçədə polisə xəsarət yetirdilər - RƏSMİ
Gündəm
İctimai iaişə və alış-veriş yerlərində xüsusi qaydalar tətbiq olundu : Operativ Qərərgah
Gündəm / Cəmiyyət / Sosial
Azərbaycanda karantin qaydaları aprelin 27-dən yumşaldılır
İqtisadiyyat / Cəmiyyət / Sosial