Cəmiyyət
15 noyabr 2023
0
Bu şəxslərə təqaüdün ödənilməsi qaydası dəyişdi

Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nda dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Dəyişiklikdə qeyd olunur ki, təqaüdün təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Daha çox xəbər:

Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar DƏYİŞİKLİK
Gündəm / Siyasət
Tikintiyə icazə verilməsi qaydası DƏYİŞDİ
Gündəm / Cəmiyyət
Dövlətdən hər ay pul alacaq şəxslərin NƏZƏRİNƏ - Asanlaşdırıldı
Gündəm / Sosial
“ASAN xidmət”lə bağlı yenilik - Bu sənədlər tələb edilməyəcək
Gündəm / Siyasət
İnvestisiya müsabiqəsinin keçirilmə qaydaları DƏYİŞDİ
Gündəm / Cəmiyyət