Cəmiyyət
28 iyun 2020
54

Karantin rejimini pozduğuna görə 2775 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Milliinfo.az

Karantin rejimini pozduğuna görə 2775 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib



Karantin rejimini pozduğuna görə 2775 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib


Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyunun 27-də xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumat yayıb.

İdarədən AZƏRTAC -a bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyunun 27-si saat 00:00-dan iyunun 28-i saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 2338 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 432 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 2775 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci kilometrində yerləşən karantin keçid postundan 100-ü rayon, 265-i paytaxt istiqamətinə olmaqla 365, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrində yerləşən postdan 70-i rayon, 110-u paytaxt istiqamətinə olmaqla 180, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrində yerləşən keçid postundan 310-u rayon, 560-ı paytaxt istiqamətinə olmaqla 870 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 1415 nəqliyyat vasitəsilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.