Cəmiyyət
30 mart 2024
1
Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir
“Veysəloğlu” MMC-yə inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.
İş Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin icraatındadır.
Qeyd: “Veysəloğlu” MMC-nin qanuni təmsilçisi Bəxtiyar Adil Oğlu Allahverdidir. MMC “Veysəloğlu qrup”a daxildir. Həmin şirkətlər qrupunun qanuni təmsilçisi isə Aydın Veysəl oğlu Talıbovdur.(Pravda.az)
Daha çox xəbər:
Sabiq deputata məxsus olduğu bildirilən şirkət cərimələndi
Gündəm / CəmiyyətGəmidə baş vermiş qəza barədə məlumat verməyənlər CƏRİMƏLƏNƏCƏK
Gündəm / CəmiyyətMaskadan istifadə etməyən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat cərimələnəcək
Cəmiyyət / SosialSON DƏQİQƏ: Karantin dövründə daha bir qərar TƏSDİQLƏNDİ
Gündəm / Cəmiyyət / SosialMaska taxmamağa görə cərimələr iki dəfə artırılır
Gündəm / Cəmiyyət / Sosial