Cəmiyyət
03 may 2024
1
Bahar Muradova: Media məhsulları sosial şüura təsir göstərir
Media məhsulları sosial şüura təsir göstərir.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “İctimai proseslər media müstəvisində” mövzusunda Forumda çıxışı zamanı deyib.
O bildirib ki, ictimai rəyin formalaşmasında informasiyanın çatdırılması önəmlidir: "Ailə, qadın və uşaq məsələləri çox prinsipial istiqamətdir. Bu sahə ilə bağlı məlumatlar xüsusi yanaşma tələb edir. Bəzən yüngül hadisələr ağır formada təqdim edilir. Bu da cəmiyyətə yaxşı təsir göstərmir".
Komitə sədrinin sözlərinə görə, qadın hüquqları məsələsində xəbərin tez çatdırılması ilə işini bitdiyini zənn edən insanlar o qadınların həyatlarını təhlükəyə atırlar: "Ona görə də həssas xəbərlərlə əlaqədar mütləq müvafiq qurumlarla əlaqələr yaradılmalıdır".
Daha çox xəbər:
"İnsanlar heç bir səbəbə görə həyatdan məhrum edilməməlidir" - Komitə sədri
Gündəm / SosialAzərbaycan Prezidenti Qoşulmama Hərəkatının konfrans iştirakçılarına müraciət ünvanlayıb
Gündəm / Siyasət"Kişilər arasında intiharlar qadınlara nisbətən daha çoxdur" - Komitə sədri
Gündəm / CəmiyyətPrezidentdən Bahar Muradova ilə bağlı SƏRƏNCAM
Gündəm / SiyasətAzərbaycanda boşanmalar niyə artıb?
Gündəm / Cəmiyyət