Cəmiyyət
17 may 2024
1
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
Ötən il Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub.
Bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.
Bildirilib ki, həmin cinayətlərə məruz qalanların 24-ü Bakı, 11-i Gəncə və 5-i Sumqayıt şəhərləri, 6-sı Tovuz, 3-ü Sabirabad, 3-ü Ağdam və digər rayonların payına düşür.
Sənəd parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə edilir.
Qeyd edək ki, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovdur.
Daha çox xəbər:
Milli Koordinatorun illik məlumatı parlamentə daxil olub
Gündəm / SiyasətÖtən gün Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun qapalı iclasında hansı məsələlərin müzakirə olunduğu açıqlanıb.
Siyasət18 iyun - Azərbaycanda Milli İnsan Hüquqları Günüdür
Gündəm / CəmiyyətBu materialları yaymağa görə 5 fakt təsdiqini tapıb
Gündəm / CəmiyyətBu ailələrə uşaqpulu verilməsi təklif edilir
Gündəm / Cəmiyyət