Cəmiyyət
11 iyul 2020
55
Maştağada zibil qabları olmayan sakinlər tullantıları tarixi abidənin içərisinə atır
Milliinfo.az
Bakının Maştağa qəsəbəsində yerləşən tarixi “Qum hamamı”nın vəziyyəti son günlər müzakirə mövzusuna çevrilib. Baxımsız vəziyyətdə olan bu tarixi abidə əhalinin tullantıları üçün zibilxanaya çevrilib.
“Report”un çəkiliş heyəti bu problemi araşdırmaq üçün Maştağa qəsəbəsinə yollanıb.
Tikilmə tarixi tam dəqiq bəlli olmasa da, “Qum hamamı” Səfəvilər dövründə Şirvan-Abşeron memarlıq məktəbinin bariz nümunələrindən hesab olunur. Ancaq hazırda hamamın çox hissəsi torpaq altında qalıb. Kənd əhalisi isə məişət tullantılarını hamamın pəncərələrindən içəri atır.
Çəkiliş apardığımız zaman Sabunçu Rayon İcra Hakimiyyətindən bu əraziyə nümayəndələr cəlb olunaraq abidənin tullantılardan təmizlənməsi işlərinə başlanıldı.
Sakinlərin sözlərinə görə, problemin kökündə yaxınlıqda zibil qutularının olmamasıdır.
Daha çox xəbər:
İçərişəhərdə təmir və bərpa işləri ilə bağlı son durum
MədəniyyətBakının mərkəzində dava düşdü: Tarixi bina ətrafında qalmaqal
GündəmAğdamda yeniyetmə əkin sahəsindən tarixi əşyalar tapıb - FOTO
GündəmSumqayıtda zibil qutusunun üstündə QƏRİBƏ ELAN — FOTO
HadisəSON DƏQİQƏ: Azərbaycanın tarixi bazarı yandı – 29 nəfər... (VİDEO)
Hadisə