Cəmiyyət / Dünya
25 oktyabr 2024
0
İran İsrailin mümkün hücumuna qarşı bir neçə cavab variantı hazırlayıb
İran İsrailin mümkün zərbəsinə qarşı müxtəlif cavab variantlarını nəzərdən keçirir, Tehranın hərəkətləri yəhudi dövləti tərəfindən hücum üçün seçilən hədəflərdən asılı olacaq.
Bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Dörd adı açıqlanmayan İran rəsmisinin məlumatına görə, İranın Ali Rəhbəri Əli Xamenei hərbçilərə İsrail hücumunun miqyasından asılı olaraq bir neçə cavab planı hazırlamağı əmr edib.
Əgər hücum ciddi dağıntılara və çoxsaylı tələfata səbəb olarsa, İran zərbəyə cavab verəcək. Əgər yəhudi dövləti bir neçə hərbi baza və raket və dronların anbarlarına hücumla yetinərsə, Tehran cavab olaraq heç nə etməyə bilər. Mənbələr qeyd ediblər ki, İranın neft və enerji infrastrukturuna, nüvə obyektlərinə zərbə endirildiyi və yüksək vəzifəli məmurların öldürüldüyü təqdirdə cavab qaçılmaz olacaq.
Qəzet yazıb ki, mümkün tədbirlər arasında Tehran təxminən 1 000 ballistik raketin buraxılmasını, regionda İran müttəfiqlərinin hücumlarının aktivləşdirilməsini, Fars körfəzi və Hörmüz boğazında qlobal enerji təchizatı və gəmiçiliyin pozulmasını nəzərdən keçirir.
“The New York Times” əlavə edib ki, potensial İsrail zərbəsini gözləyərkən İran hərbçilərinə müharibəyə hazır olmaq əmr edilib, lakin Tehran eyni zamanda bundan qaçmağa çalışır.
Daha çox xəbər:
Bayden İsrailin İrana qarşı cavab planını açıqladı
Gündəm / Hadisəİran İsrailə nə vaxt hücum edəcək? - Yaxın 24-48 saat...
Gündəm / DünyaPakistandan İranla bağlı AÇIQLAMA: Hücuma cavab olaraq...
Gündəm / DünyaABŞ Mərkəzi Komandanlığının rəhbəri İsrailə GEDİB
Gündəm / Dünyaİran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA
Gündəm / Siyasət