Gündəm / Siyasət
03 may 2024
6
İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA
İsraillə münasibətlərdə baş verən son gərginlik fonunda İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) müfəttişlərini özünün nüvə obyektlərinə buraxmaq qərarına gəlib.
Bu barədə məlumat verən İranın Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Məhəmməd İslami deyib ki, AEBA-nın 130 müfəttişi İranda işləmək üçün icazə alıb:
“Biz AEBA-nın hər hansı müfəttişinin İrana gəlməsinə qadağa qoymamışıq. Ümumilikdə təşkilatın 130 müfəttişinin İrana səfər etməsinə və yoxlamalar aparmasına icazə verilib”.
Tehran nüvə silahı əldə etmək planından imtina edir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev bildirir ki, İranın AEBA müfəttişlərinin nüvə obyektlərini yoxlamasına razılıq verməsi özünün guya xoşməramlı niyyətdə olduğu obrazını formalaşdırmaq cəhdidir:
“Bu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertlərinə icazə verdiyi ilk hadisə deyil. Son 10 ildə bir neçə dəfə belə hadisə baş verib. İndiyə qədər Tehran bir neçə dəfə agentlik ekspertlərinin özünün nüvə obyektlərinə buraxıb. Amma eyni zamanda, Qərb ölkələri Tehranın əsa nüvə obyektlərinin yoxlanılmasına maneə olmasını əsas gətirərək, İranın bu hərəkətini doğru qəbul etməyib. İran uranın zənginləşdirilməsi istiqamətində fəaliyyyət göstərən əsas laboratoriya və obyektləri gizlədir.
Son zamanlar İsraillə İran arasında gərginləşən münasibətlər fonunda Təl-Əvivin Tehrana qarşı adekvat addımlar atacağı gündəmə gəlib. Bu sadəcə olaraq, İsrailin ABŞ-dan razılıq almasından asılı məqamdır.
Amerika indiki dövrdə bunu istəməsə də, perspektivdə İsrailin istəyinin gerçəkləşə biləcəyi ehtimalını nəzərə alan İran AEBA müfəttişlərinin yoxlamasına razılıq verməklə özünün guya xoşməramlı niyyətdə olduğu obrazını formalaşdırmaq istəyib.
Heç kim İranın nüvə silahına malik olmasını istəmir. İrana qarı yaranan mənfi münasibətlər də məhz burdan doğur. Belə vəziyyətdə İran da özünü guya təmizə çıxarmaq niyyətilə agentlik nümayəndələrini təftişə dəvət edib. Buna baxmayaraq, İran yenə də uranın zənginləşdirilməsilə məşğul olan əsas obyektlərini birmənalı olaraq göstərməyəcək”.
Daha çox xəbər:
AEBA: İran zənginləşdirilmiş uran ehtiyatlarını on dəfə artırıb
Dünyaİran nüvə bombası yaratmaq imkanına malikdir – MAQATE
Gündəm / CəmiyyətƏrəb dünyasında ilk Atom Elektrik Stansiyası fəaliyyətə başladı
Dünyaİsrail İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq
Gündəm / DünyaBlinken: “İranın nüvə silahı əldə etməsinə icazə verilməməlidir”
Gündəm / Dünya