Cəmiyyət / Sosial
03 avqust 2020
61
Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı – Fotolar

Milliinfo.az
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları və müxtəlif ərzaq sovqatlarının verilməsi başa çatıb.Aksiya respublika üzrə 100 mindən çox aztəminatlı ailəni əhatə edib.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri aztəmimatlı ailələrin evlərinə baş çəkərək onları bayram münasibətilə təbrik ediblər. Ailələrə ətlik cins heyvanların xüsusi ət kəsimi yerlərində kəsilərək ayrı-ayrılıqda qablaşdırılmış paylar və ərzaq sovqatları çatdırılıb.
Qeyd edək ki, Mehriban Əliyevanın tapşırığı ilə bundan əvvəlki dövrlərdə də müxtəlif bayramlar, əlamətdar günlər münasibəti ilə həssas əhali qrupları, aztəminatlı ailələrlə bağlı minlərlə ailəni əhatə edən dəstək layihələri həyata keçirilib. Bu cür aksiyalarda məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək göstərmək, müxtəlif bayram və əlamətdar günləri onlarla birlikdə qeyd etməkdir.




Daha çox xəbər:

Bu ay tənha yaşayan yaşlılara və əlilliyi olan şəxslərə 25 mindən çox ərzaq payı verilib
Cəmiyyət / Sosial
Heydər Əliyev Fondunun verdiyi yardımı mənimsəyən 4 rayonun vəzifəli şəxsləri ilə bağlı – Rəsmi açıqlama
Gündəm
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
İqtisadiyyat
Leyla Əliyeva psixonevroloji müəssisədə - Fotolar
Cəmiyyət
Bu gün Leyla Əliyevanın doğum günüdür
Gündəm