Cəmiyyət / Sosial
21 aprel 2020
37

Bu ay tənha yaşayan yaşlılara və əlilliyi olan şəxslərə 25 mindən çox ərzaq payı verilib

Millinfo.az

Bu ay tənha yaşayan yaşlılara və əlilliyi olan şəxslərə 25 mindən çox ərzaq payı verilib


Bu ay tənha yaşayan yaşlılara və əlilliyi olan şəxslərə 25 mindən çox ərzaq payı verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən evlərində sosial xidmətlə təmin olunan 15 mindən çox tənha yaşlıya və tənha əlilliyi olan şəxsə sosial tərəfdaşlar tərəfindən ərzaq yardımları davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu ay həmin kateqoriyadan olan vətəndaşlara Bakıda və bölgələrdə, ümumilikdə, 25 mindən çox ərzaq payı verilib.

Ərzaq yardımları sosial xidmətçilər və könüllülərlə birgə onların evlərinə aparılıb təqdim edilib.

Sosial tərəfdaşlar tərəfindən davamlı olaraq həyata keçirilən həmin sosial aksiyalar həssas qruplardan olan vətəndaşların rifahına dəstək olmaqla, yaşlı nəslə diqqət və qayğı ilə yanaşılması, xeyirxahlıq kimi milli-mənəvi dəyərlərə sadiqliyi ifadə edir.

Aprelin sonuna kimi daha 30 mindən çox ərzaq payının verilməsi nəzərdə tutulub.