Cəmiyyət / Sosial
28 aprel 2020
41
Fövqəladə Hallar Nazirliyi sosial dəstək tədbirlərini davam etdirir
Milliinfo.azFövqəladə Hallar Nazirliyi sosial dəstək tədbirlərini davam etdirir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə hazırda davam edən xüsusi karantin rejimi ilə əlaqədar sosial dəstək tədbirlərini davam etdirir.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirlik tərəfindən növbəti belə tədbirə Bakı şəhərinin Binəqədi, Xətai, Qaradağ, Nərimanov və Nəsimi rayonları, habelə respublikanın Abşeron, Qəbələ, Beyləqan və Bərdə rayonlarında başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi siyahılar əsasında FHN əməkdaşları tərəfindən göstərilən rayonlarda yaşayan yaşı 65-dən yuxarı tənha şəxslərə və aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə ərzaq məhsullarından ibarət yardımlar çatdırılır. Dörd min ailə üçün nəzərdə tutulan sosial yardım bağlamalarını çatdıran FHN əməkdaşları vətəndaşlarla maarifləndirici söhbətlər də apararaq, xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının əhəmiyyətini vurğulayırlar.
Daha çox xəbər:
Müharibə veteranlarına ərzaq yardımlarının çatdırılması davam etdirilir
CəmiyyətBu ay tənha yaşayan yaşlılara və əlilliyi olan şəxslərə 25 mindən çox ərzaq payı verilib
Cəmiyyət / SosialFHN dezinfeksiya işlərini davam etdirir - VİDEO
Cəmiyyət / Sosial"Sobsan" boya fabrikindəki yanğında FHN-in 5 əməkdaşı xəsarət alıb, 1 nəfər Toksikologiya mərkəzinə yerləşdirilib
Hadisə“ASAN Könüllüləri” Təşkilatı “Coca Cola Fondu” ilə birgə sosial yardım layihəsinə başlayır
Cəmiyyət / Sosial