Cəmiyyət
07 iyul 2020
62
Müharibə veteranlarına ərzaq yardımlarının çatdırılması davam etdirilir
Millinfo.az
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə ərzaq yardımlarının paylanılması davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bir neçə gündür davam edən xeyriyyə aksiyası çərçivəsində Şamaxı, Ağsu, Qobustan, İsmayıllı, Qəbələ, Şəki, Göyçay, Ağdaş, Balakən və Zaqatala rayonlarında yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.
Veteranlarla görüşlərdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi riayət edilməsi, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstəkləyəcək şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanıb.
Respublika Veteranlar Təşkilatının ölkədəki müharibə veteranlarına ərzaq yardımı ilə dəstəyi davam etdirilir.

Daha çox xəbər:

Fövqəladə Hallar Nazirliyi sosial dəstək tədbirlərini davam etdirir
Cəmiyyət / Sosial
Prezidentdən bu şəxslərlə bağlı VACİB SƏRƏNCAM
Siyasət
Bu ay tənha yaşayan yaşlılara və əlilliyi olan şəxslərə 25 mindən çox ərzaq payı verilib
Cəmiyyət / Sosial
Müharibə veteranlarına ŞAD XƏBƏR - Mayın 5-ə qədər...
Cəmiyyət
Azərbaycanda daha bir neçə vəzifəli şəxsə cinayət işi açıldı
Gündəm / Cəmiyyət