Cəmiyyət / Sosial
06 avqust 2020
55
Azərbaycanda karantin rejimi yenidən yumşaldılacaq
Milliinfo.az
"Onu da məruzə etmək istəyirəm ki, vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alaraq Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür".
Metbuat.az xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə deyib.
"Bununla əlaqədar, bildirmək istəyirəm ki, insanlarımız maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməlidir. O cümlədən həkimlərin və sanitar-epidemioloji qurumların tövsiyəsinə əsasən, açılmaqda olan obyektlərin fəaliyyəti üzrə bizim tərəfimizdən lazım olan bütün təlimatlar hazırlanıb.
Buna nəzarət üçün xüsusi qruplar və qurumlar ayrılıb. Əhali və sahibkarlar da bilməlidir ki, həmin qaydalara çox ciddi şəkildə riayət olunmalıdır və buna xüsusi nəzarət ediləcək", - Baş Nazir bildirib.
Daha çox xəbər:
Xüsusi karantin rejimi bu tarixədək uzadıldı - RƏSMİ
GündəmRespublikamızda bir ay müddətinə kütləvi tədbirlər təxirə salındı : Operativ Qərargah
Gündəm / Cəmiyyət / SəhiyyəKarantin rejimi yenidən sərtləşdirilə bilər
Siyasət / İqtisadiyyat / CəmiyyətGələn həftədən parklar və iaşə obyektləri açıla bilərmi? - AÇIQLAMA
Cəmiyyət / SosialXüsusi karantin rejimi sıyahısına daha 4 - rayaonun ərazisi əlavə edildi
Gündəm / Cəmiyyət / Sosial