Cəmiyyət
26 iyul 2021
39
Bərbərxana və gözəllik salonlarına giriş COVID-19 pasportu ilə olacaq
Azərbaycanda ölkə üzrə bərbərxana və gözəllik salonlarına giriş COVID-19 pasportu ilə olacaq.
Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə öz əksini tapıb.
Belə ki, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimində 2021-ci il 1 sentyabr tarixindən etibarən yaşı 18-dən yuxarı olan şəxslər bərbərxana və gözəllik salonlarına daxil olan zaman yalnız tam peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək.

Daha çox xəbər:

Restoranlara giriş üçün COVID-19 pasportu TƏLƏB OLUNACAQ
Gündəm / Cəmiyyət
Bərbərxana və gözəllik salonları yenə bağlı qalacaq
Cəmiyyət / Sosial
Operativ Qərargahdan yeni qərarlar - Rəsmi
Gündəm / Cəmiyyət
Xüsusi karantin rejimi bu tarixədək uzadıldı - RƏSMİ
Gündəm
Bazar günündən iyulun 5-dək qoyulan qadağaların - SİYAHISI
Sosial