Cəmiyyət
06 sentyabr 2021
119
Obyektlərə girişdə vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb edilə bilərmi? - RƏSMİ CAVAB
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində sentyabrın 1-dən etibarən iri ticarət mərkəzləri, hotel, mehmanxana və digər ictimai iaşə obyektlərinə daxil olan şəxs koronavirus infeksiyasına qarşı ən azı 1-ci dozanı qəbul etməlidir.
Millinfo.az Trend-ə istinadən xəbər verir ki, həmin obyektlərə daxil olan şəxsləri polis əməkdaşları deyil, mülki şəxslər yoxlayır. Obyekt nəzarətçiləri vətəndaşdan COVID-19 pasportu ilə yanaşı, şəxsiyyət vəsiqəsi də tələb edir.
Mülki şəxsin vətəndaşın şəxsi məlumatlarını əldə etmək hüququ varmı?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin obyektlərə daxil olan vətəndaşların sənədlərinin yoxlanılmasında heç bir qanunsuzluq yoxdur:
"Bütün hallarda müvafiq qaydada iri ticarət mərkəzlərinə, mehmanxanalara və ictimai iaşə obyektlərinə daxil olarkən vətəndaşların COVID-19 pasportu ilə yanaşı, şəxsiyyətini təsdiq edən sənəd də üzərində olmalıdır.
Obyektə daxil olan şəxsdən COVID-19 pasportu və şəxsiyyət vəsiqəsi tələb edilməsində qanunsuzluq yoxdur. Şəxsiyyət vəsiqəsinin tələb edilməsi vətəndaşın COVID-19 pasportunda yazılan məlumatları dəqiqləşdirmək üçündür.
Əgər vətəndaşın üzərində COVID-19 pasportu və şəxsiyyət vəsiqəsi yoxdursa, bu zaman vətəndaş ad, soyad və ata adını düzgün təqdim etməli, belə halda həmin şəxsin vaksin olunub-olunmaması xüsusi mobil tətbiq vasitəsilə yoxlanılmalıdır".

Daha çox xəbər:

Sentyabrın 1-dən bu şəxslər də ticarət və iaşə obyektlərinə BURAXILACAQ
Gündəm / Cəmiyyət
Peyvəndin yalnız bir dozasını vurduranlar hotellərə buraxılacaq? - AÇIQLAMA
Gündəm / Cəmiyyət
Bu obyektlərdə mülki geyimdə polislər də yoxlama aparacaq
Gündəm / Siyasət
Açıq havada işləyən kafelərdə peyvənd pasportu tələb ediləcək? - Yenilənib
Gündəm / Cəmiyyət
Sentyabrın 1-dən vətəndaşlardan harada COVID-19 pasportu tələb olunacaq?
Gündəm / Cəmiyyət