Cəmiyyət
06 iyun 2022
21
Xırdalanda gecə ilə 23 ağac kəsən kimlərdir? - NAZİRLİK DETALLARI AÇIQLADI
Xırdalan şəhəri 27-ci məhəllə, Qalibiyyət küçəsində vətəndaş Taleh Niftəliyevin mülkiyyətində olan ərazidə tikinti aparılması məqsədilə gecə saatlarında 23 ağac və 32 kol kəsilib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhəri, Qalibiyyət küçəsimdə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı Xırdalan şəhəri 27-ci məhəllə, Qalibiyyət küçəsində vətəndaş Taleh Niftəliyevin mülkiyyətində olan ərazidə tikinti aparılması məqsədilə gecə saatlarında 23 ağacın və 32 kolun kəsildiyi məlum olub. Yaşıllıqların məhv edilməsi nəticəsində təbiətə külli miqdarda ziyan dəydiyi müəyyən edilib.
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır”.
H.Əlizadə ölkə ərazisində genişmiqyaslı yaşıllaşdırma tədbirlərinin aparıldığı, yaşıllıqların mühafizəsi ilə bağlı maarifləndirmə işlərinin getdiyi bir zamanda bu cür halları cəmiyyətə qarşı çağırış kimi qiymətləndirib.
“Belə halların baş verməsini qınayırıq və buna yol verənlərin ciddi hüquqi nəticələrlə üzləşəcəyinə əminliyimizi bildiririk. Mülkiyyətçiləri, sahibkarları, tikinti şirkətlərini qəti şəkildə bu cür hallara yol verməməyə, ətraf mühitə qayğı ilə yanaşmağa çağırırıq”.
Bizim.Media
Daha çox xəbər:
Kəsilən 35 illik ağacların yerində yeniləri əkildi
CəmiyyətNazirlikdən bir gecədə kəsilən 100-dən çox ağacla bağlı - AÇIQLAMA
GündəmAğac kəsintisinə görə mərkəz direktoru işdən çıxarılıb
Gündəm / CəmiyyətBakının bu hissəsindəki ağaclar köçürüləcək
CəmiyyətSabiq deputatın qanunsuz ağacları kəsdirməsi ilə bağlı cinayət işi AÇILDI
Gündəm / Cəmiyyət