Dünya
07 dekabr 2022
12

Azərbaycan "qaz qovşağı" layihəsini dəstəkləyir - Türkiyəli nazir

Azərbaycan "qaz qovşağı" layihəsini dəstəkləyir - Türkiyəli nazir


Azərbaycan və bir sıra digər ölkələr Rusiya tərəfindən təklif olunan və Türkiyədə həyata keçiriləcək “qaz qovşağı” layihəsinə dəstək ifadə ediblər.

Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

“Azərbaycan Prezidenti İlham Əliyev bu layihəni dəstəklədiyini bildirib. Həftənin sonunda Azərbaycan nümayəndə heyəti İstanbulda mənim qonağım olacaq, biz bu layihəni müzakirə edəcəyik”, - nazir vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin “Şimal axını” qaz boru kəmərlərindəki təxribatlardan sonra Türkiyədə qaz qovşağı yaratmağı təklif etmişdi. Bu qovşaq vasitəsilə Rusiya qaz tranzitini Şimal axınından Qara dəniz regionuna və Türkiyəyə daşıya bilər.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Avropa Rusiya qazını Türkiyə vasitəsilə ala bilər. Nazir Dönməz isə bildirib ki, Rusiya prezidentinin Türkiyədə təklif etdiyi qovşaq layihəsi çərçivəsində qazpaylama mərkəzi ölkənin Avropa hissəsi olan Frakiyada yerləşəcək.