Dünya
23 aprel 2020
45
BMT Baş katibi Ramazan ayı münasibətilə müsəlmanları təbrik edib
Milliinfo.az
BMT Baş katibi Ramazan ayı münasibətilə müsəlmanları təbrik edib
BMT-nin Baş katibi Antonio Quterreş Ramazan ayının başlaması ilə müsəlmanları təbrik edib.
ONA xəbər verir ki, təbrikdə deyilir: “Dünyada milyonlarla müsəlman üçün müqəddəs Ramazan ayının başlanması münasibətilə ən xoş arzularımı çatdırıram. Əlbəttə, bu ilki Ramazan ayı fərqli olacaq. Təbii ki, COVID-19 pandemiyası ilə mübarizə tədbirləri yerli icmaların təşkil etdiyi bir çox tədbirlərin keçirilməsinə təsir göstərəcək. Eyni zamanda, münaqişə zonalarında olan bir çox insan bu ayı yenə müharibələr və təhlükəli mühitdə qeyd edəcək.
Bu yaxınlarda mən dərhal qlobal atəşkəsin bərqərar olmasına dair çağırış etmişdim - ümumi mübarizəmizi virusu aradan qaldırmağa yönəltmək üçün.
Bu gün bu çağırışımı təkrarlayıram - Qurani-Kərimin "Əgər onlar sülhə meyl etsələr, sən də sülhə meyl et” sözlərini xatırladaraq. Ramazan ayı həmçinin əhalinin ən həssas təbəqələrini dəstəkləmək deməkdir.
Öz inancları ilə yaşayan, İslam dininin qonaqpərvərlik və səxavət ənənələrinə riayət edərək münaqişələrdən xilas olanları dəstəkləyən müsəlman dünyasının hökumətlərinə və xalqlarına təşəkkürümü bildirirəm.
Bu, COVID-19 virusu başlamazdan əvvəl də müdafiəyə ehtiyacı olanlar üçün bir çox qapıların bağlı olduğu dünyaya diqqətəlayiq bir nümunədir.
Bir daha bu çətin günlərdə hər kəsə mərhəmət, həmrəylik və şəfqət arzulayıram.
Ramazan ayınız mübarək”.
Daha çox xəbər:
Ramazan ayının başlaması münasibətilə İranın səfiri Azərbaycan xalqını təbrik etdi
Cəmiyyət / Mədəniyyətİranın Bakıdakı Səfirliyinin Ramazan Bayramı Təbriki
DünyaBu gecə Ramazan ayının Qədr gecəsidir
CəmiyyətRamazanın 11-ci günü: dua, imsak və iftar vaxtı
GündəmRamazanın 5-ci gününün duası, imsak və iftar vaxtı
Gündəm