Dünya
23 aprel 2020
32

Tramp immiqrasiyanın qismən qadağan edilməsi barədə fərman imzalayıb

Tramp immiqrasiyanın qismən qadağan edilməsi barədə fərman imzalayıb

Milliinfo.az

Tramp immiqrasiyanın qismən qadağan edilməsi barədə fərman imzalayıb


ABŞ Prezidenti Donald Tramp koronavirus infeksiyasının yayılmasının iqtisadiyyata mənfi təsiri ilə əlaqədar bir sıra kateqoriyalar üzrə ölkəyə immiqrasiyanın müvəqqəti qadağan edilməsini nəzərdə tutan fərman imzalayıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə amerikalı lider Ağ Evdə keçirdiyi brifinqdə bildirib.

“Amerikalı işçilərin maraqlarını qorumaq üçün ABŞ-a müvəqqəti olaraq mühacirəti dayandıran fərman imzaladım. Bu, iqtisadiyyatın bərpasından sonra ilk növbədə işsiz vətəndaşlarımızın işlə təmin olunmasına xidmət edəcək. Bu, həmçinin amerikalılar üçün səhiyyə resurslarını da qoruyacaq. Xəstələrimizə, işçilərimizə qayğı göstərməliyik, buna görə də bunu etdik”, - deyə Tramp qeyd edib.

“Fərmanda dəyişiklik və ya onun müddətinin uzadılmasına gəlincə, biz bunu gələcək vaxtlarda edəcəyik”, - deyən prezident yaxın gələcəkdə fərmanın şərtlərinin sərtləşdirilə və yumşaldıla biləcəyini də vurğulayıb.