Dünya
04 may 2023
0
Ərdoğan: “İyul ayında işçilər və təqaüdçülərin rifahını daha da yüksəldəcəyik”
“İyul ayında həm inflyasiya fərqini, həm də rifah payını nəzərdə tutan yeni dəyişikliklərlə işçilərimizin və təqaüdçülərimizin həyatını daha da asanlaşdıracağıq”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Giresunda mitinqdə çıxışı zamanı deyib.
“Yüksək qiymət və bahaçılıqla bağlı problemlərin öhdəsindən yenə biz gələcəyik. İnflyasiya keçən aydan etibarən 43 faizə düşüb. Ümid edirəm ki, hər ay bu şəkildə azalmağa davam edəcək”, - deyə Ərdoğan qeyd edib.
“Ölkəmizin, millətimizin və övladlarımızın işıqlı gələcəyi üçün mayın 14-də Türkiyə Yüzilliyi ətrafında bir araya gələk”, - deyə Türkiyə prezidenti vurğulayıb.
Mənbə: Anadolu
Daha çox xəbər:
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
Gündəm / DünyaƏrdoğan Özbəkistana gedib
Gündəm / DünyaƏrdoğan Türkiyədə Prezident seçkilərinin keçiriləcəyi vaxtı açıqladı
Gündəm / DünyaƏrdoğan və Paşinyan arasında görüş münasibətlərin normallaşmasına kömək edəcək
Gündəm / DünyaƏrdoğan və Mirziyoyev görüşdü
Gündəm / Dünya