Dünya
25 aprel 2020
25

İndoneziyada paytaxtın köçürülməsi dayandırıldı

Milliinfo.az

İndoneziyada paytaxtın köçürülməsi dayandırıldı


İndoneziyada paytaxtın köçürülməsi dayandırıldıİndoneziya hökuməti paytaxtın Kalimantan adasına köçürülməsilə bağlı layihənin icrasını dayandıraraq bunun üçün ayrılan vəsaitin bir hissəsini koronavirusa qarşı mübarizəyə yönəldib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə aprelin 23-də ölkənin maliyyə naziri Sri Mulyani İnravati bildirib.

O, işlərin gələn il davam edə biləcəyini qeyd edib. Nazirin sözlərinə görə, bu layihəyə məsul olan İctimai İşlər Nazirliyi ayrılan vəsaitin əksər hissəsini, o cümlədən infrastruktur layihələr üçün nəzərdə tutulanların da bir hissəsini COVID-19 epidemiyasına qarşı tədbirlərə yönəldib.

“Onlar vəsaiti mövcud xəstəxanaların yenidən qurulmasına və yenilərinin tikintisinə xərcləyib”, - nazir videokonfransda bildirib.