Dünya
01 may 2020
25
ABŞ-ın nəhəng xəstəxana gəmisi Nyu-Yorkdan alqışlarla yola salındı
Milliinfo.az
ABŞ Hərbi Dəniz Donanmasına məxsus “USNS Comfort” xəstəxana gəmisi Nyu-York limanından ayrılıb.
Gəmi martın 30-da koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Manhattan limanında lövbər salmışdı.
Birləşmiş Ştatların ən böyük tibb gəmilərindən sayılan “USNS Comfort” 1 000 çarpayılıqdır və xəstəxananın 1 200 tibbi heyəti var.
Gəmi bir aydır Hudson çayı üzərində lövbər salmaqla pandemiyadan ən çox əziyyət çəkən Nyu-York şəhərindəki xəstəxanaların yükünü azaltmağa çalışıb.
“USNS Comfort” Nyu-Yorkda koronavirusda yoluxanların sayının azalması və xəstəxanaların normal fəaliyyətinə dönməsi səbəbindən işini başa vuraraq ABŞ-ın Virciniya ştatının Norfolk şəhərindəki limana qayıdıb. Gəmini ABŞ vətəndaşları əllərində bayraqlarla alqışlarla yola salıb.
Qeyd edək ki, “USNSComfort” xəstəxana gəmisi koronavirusa yoluxan ağır xəstələr müalicə alırdı.Nyu-Yorkda lövbər saldığı bir ay ərzində gəmidə 182 pasiyent müalicə edilib, onlardan 11 nəfəri ölüb.

Daha çox xəbər:

Nyu-Yorkda tibb işçilərinə dəstək aviaşousu keçirildi - VİDEO
Dünya
Dünyanın ən böyük konteyner gəmisi ilk səfərinə başlayıb
Dünya
Daha 22 nəfər gəmi ilə Qazaxıstana yola salınıb
Cəmiyyət
ABŞ-da daha bir azərbaycanlı koronavirusdan dünyasını dəyişdi
Dünya
Ermənistanın BMT-dəki nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilib
Cəmiyyət / Dünya