Dünya
01 may 2020
96

Ermənistan MTX-nin keçmiş direktorunun casus olması araşdırılır

Milliinfo.az

Ermənistan MTX-nin keçmiş direktorunun casus olması araşdırılır



Ermənistanın baş prokuroru Artur Davtyan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın agent olması barədə məlumatı araşdırır.

Məlumatı “Rusarminfo” yayıb.

Bildirilib ki, baş prokuror Artur Davtyan “Mənim addımım” blokundan deputat Qraçi Akopyanın “Facebook” səhifəsində Artur Vanesyan barəsində yazdığı qeydi şərh edərkən məsələni araşdırdıqlarını deyib: “Bu məzmunda çoxlu bəyanatlar ola bilər. Belə xarakterli açıqlamaların hamısı yoxlanılacaq”.

Baş prokuror əlavə edib ki, Akopyanın irəli sürdüyü məsələ ilə bağlı onda informasiya yoxdur və bu məsələ üzrə cinayət işi başlanılıb.

Qeyd edək ki, Qraçi Akopyan sualla müraciət edib: “Xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən ələ alındığı üçün Paşinyanın Artur Vanesyanı işdən azad etməsinin açıqlaması var?”.

Xatırladaq ki, Qraçi Akopyan Ermənistanın baş naziri Nikol Paşinyanın qaynıdır.